...

SƏRDAR DENKTAŞ: "İNANIRAM Kİ, BAKI YUNANLARIN İDDİALARINA LAZIMİ CAVAB VERƏCƏK"

Siyasət Materials 31 Avqust 2005 13:56 (UTC +04:00)

"İnanıram ki, Azərbaycan Yunanıstan və Kipr Respublikasının təzyiqinə lazımi cavab verəcək". Trend in məlumatına görə, belə bəyanatla ŞKTC-nin baş nazirinin müavini və xarici işlər naziri Sərdar Denktaş avqustun 31-də keçirilmiş mətbuat konfransında çıxış edib.

O qeyd edib ki, ŞKTC-nin nümayəndə heyətinin Bakıya bu səfərindən sonra Şimali Kiprlə əlaqələrin dondurulması məqsədilə Yunanıstan və yunan Kipri tərəfindən Azərbaycana edilən təzyiqlər gücləndiriləcək.

"Biz Bakının yunanların tələblərinə lazımi cavab verəcəyinə inanırıq. Azərbaycan isə düz yoldadır", - deyə o bildirib.

"Azərbaycanı Şimali Kipr türklərininin təcrid olunmalarının aradan qaldırılması üzrə atdığı ədalətli addımlara görə töhmətləndirmək olmaz. Şimali Kipr türklərini dəstəklədiklərinə görə isə prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına ürəkdən minnətdarlığımızı bildiririk", - deyə S.Denktaş bəyan edib.

Xəbər lenti

Xəbər lenti