...

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİN BAKIYA SƏFƏRİ BAŞQA VAXTA KEÇİRİLİB

Siyasət Materials 31 Avqust 2005 14:20 (UTC +04:00)

Türkiənin xarici işlər naziri Abdulla Gülün Azərbaycana səfəri sentyabr ayından daha gec müddətə keçirilib. Bu barədə Trend ə Türkiyənin Bakıdakı səfiri Turan Moralı məlumat verib.

Səfir qeyd edib ki, səfərin vaxtının dəyişdirilməsi nazirin iş proqramının yüklənməsi ilə bağlıdır. "Abdulla Gül sentyabrda Nyu-Yorka səfər edəcək, həmçinin onun NATO-nun görüşlərində iştirak edəcəyi gözlənilir. Sentyabrın 3-nə isə Türkiyənin Avropa İttifaqına girməsi üzrə danışıqlara başlamaq nəzərdə tutulub", - deyə o bildirib.

"Nazirin Azərbaycana səfəri bir çox kütləvi informasiya vasitələrinin yaydığı kimi, təxirə salınmayıb, o, başqa vaxta keçirilib. Səfər oktyabrda, ən geci isə noyabrda baş tutacaq", - deyə T.Moralı sonda əlavə edib.

Xəbər lenti

Xəbər lenti