...

RAUF DENKTAŞ ABU-NUN PROFESSORU ADINA LAYİQ GÖRÜLÜB

Siyasət Materials 31 Avqust 2005 15:18 (UTC +04:00)

Avqustun 31-də Azərbaycan Beynəlxalq Universitetinin (ABU) qonağı olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) keçmiş prezidenti Rauf Denktaş universitetin fəxri professoru adına layiq görülüb. R.Denktaşla universitetdə keçirilən görüşdə ABU-nun rektoru Elşad Abdullayev qonağa fəxri diplomla yanaşı onun şəkli çəkilən portret və xalça hədiyyə edib.

R.Denktaş çıxışını ona göstərilən diqqətə və vaxt tapıb görüşünə gələn bütün insanlara minnətdarlıqla başladı. Qonaq bir qədər istiqlaliyyət uğrunda apardıqları mücadilədən danışdı: "50 ildir ki, böyük dövlətlər Kıprısı Yunanıstana birləşdirmək istəyir. Amma biz son damla qanımıza qədər mübarizə apararaq buna imkan verməyəcəyik. Ölərik, amma torpağımızı yadlara vermərik"

ŞKTC-nin prezidenti Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı inamlı mübarizədən geri çəkilməyəcəyinə əmin olduğunu vurğuladı: "Biz hamımız dövlətimizin gələcəyi üçün vuruşaraq ölməliyik. İndi bir millət üç dövlətik"

R.Denktaşın çıxışı alqışlandıqdan sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırdı.

Xəbər lenti

Xəbər lenti