...

AXCP MTN-DƏN ŞİKAYƏT ƏRİZƏSİNİ MƏHKƏMƏYƏ TƏQDİM ETDİ

Siyasət Materials 31 Avqust 2005 16:36 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) avqustun 31-də Milli Təhlükəsizlik Nazirliyinin qanuna zidd hərəkətə yol verdiyi iddiası ilə məhkəməyə müraciət edib. Bu barədə Trend ə AXCP-nin hüquqşünası Tofiq Quliyev məlumat verib. O, bildirib ki,

Səbail rayon məhkəməsinə təqdim olunan iddia ərizəsində son zamanlar hakimiyyətin AXCP-yə qarşı neqativ münasibətinin kəskinləşdiyi, MTN-də fəaliyyət göstərən bir qrup şəxsə AXCP-yə qarşı təxribat planları hazırlayıb həyata keçirmək tapşırığı verildiyi qeyd olunub.

Ərizədə AXCP sədrinin müşaviri Ramiz Tağıyevin MTN-lə əməkdaşlığa cəlb olunması, müşavirin bundan sonra MTN-nin planlarını öyrənmək üçün nazirlik nümayəndələri ilə əməkdaşlığa başlaması və sonrakı proseslər haqqında məlumat verilir.

MTN-nin öz funksiyasından kənara çıxaraq Azərbaycan Konstitusiyasının, Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamənin tələblərindən irəli gələn vəzifələri yerinə yetirmədiyi, nazirliyin bir qrup vəzifəli şəxslərinin səlahiyyətlərini aşmaqla Cinayət Məcəlləsinin 309-cu maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdikləri bildirilir.

Mülki Prosessual Məcəllənin 4-cü maddəsini əsas götürərək Səbail rayon məhkəməsindən MTN-nin hərəkətlərinin qanunazidd olduğuna dair qətnamə çıxarılması və MTN-nin vəzifəli şəxsləri haqqında cinayət işi başlanılması üçün xüsusi qərardad çıxarılıb prokurora göəndərilməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti