...

"VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI" SEÇKİ BLOKUNUN QƏRARGAH RƏHBƏRİ RAMİL USUBOVA MÜRACİƏT EDİB

Siyasət Materials 31 Avqust 2005 16:47 (UTC +04:00)

"Vətəndaş cəmiyyəti qurucuları" Seçki Blokunun qərargah rəhbəri daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Qeyd edək ki, bir neçə gün əvvəl Seçki Blokunun qərargah rəhbəri Yaşar Cəfərli 3 nəfər naməlum şəxs tərəfindən döyülmüşdü.

Ona bədən xəsarəti yetirməklə bərabər naməlum şəxslər qərargahı da dağıdıb yararsız hala salmışdılar. Bununla əlaqədar Daxili İşlər Nazirliyinə edilən müraciətə laqeyd münasibət göstərilib.

Buna görə də Yaşar Cəfərli avqustun 31-də özü şəxsən Ramil Usudova müraciət edib. Y.Cəfərli müraciətində təqsirkarların tapılıb cəzalandırılmasını tələb edir. Hadisə ilə əlaqədar hələ də cinayət işi açılmayıb.

Xəbər lenti

Xəbər lenti