...

BAKIDA AZƏRBAYCAN-CÜRCÜSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI VƏ DEMARKASİYASI ÜZRƏ İCLAS BAŞA ÇATIB

Siyasət Materials 31 Avqust 2005 16:53 (UTC +04:00)

Bakıda avqustun 31-də axşvm dövlət sərhədlərinni delimikasiyası və demarkasiyası üzrə Azərbaycan və Gürcütan dövlət komissiyalarının 7-ci iclası başa çatıb. Azərbaycanın XİN-dən Trend ə verilən məlumata görə, iclasın sonunda yekun protokol qəbul edilib.

İki iün davam edən iclas Azərbaycanın XİN-nin binasında keçirilib. İclasda Gürcüstanın XİN-nin xüsusi tapşırıqlar üzrə vəkili Malxaz Mikelidzenin başçılığı ilə gürcü hökumətinin nümayəndə heyəti iştirak edib. Azərbaycan tərəfinə rəhbərliyi xarici işlər nazirinin myavini Xələf Xələfov həyata keçirib.

Tərəflərin müzakirə etdiyi məsələlərin mövzusu dövlət sərhəddinin 48- km hissəsində 19 yarımsahə barədə olub. Bəzi sahələr barədə razılıq əldə olunub, digərləri üzrə iş isə Tbilisidə keçiriləcək 8-ci iclasda davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti