...

MURTUZ ƏLƏSGƏROV MƏRMƏRƏ QRUPU STRATEJİ VƏ SOSİAL ARAŞDIRMALARVƏQFİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Siyasət Materials 31 Avqust 2005 17:02 (UTC +04:00)

Avqustun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan Mərmərə qrupu strateji və sosial araşdırmalar vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin spikeri bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi və digər əlaqələr üğürla inkişaf edir. Bu cür səfərlər münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynayır.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafına və genişlənməsinə təsir edəcək Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallaşması hər iki ölkənin iqtisadi inkişafında, eləcə də regionda sülhün bərqərar olmasında və möhkəmlənməsində mühüm rol oynayacaq. "Biz bütün gücümüzü səfərbər etməklə ölkələrimizin dünyada nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə nail olmalıyıq".

Sonra M.Ələsgərov parlamentlərarası əlaqələrdən, Azərbaycanda keçiriləcək parlament seçkilərindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib, qardaş Türkiyənin də yaxından köməyi ilə tezliklə bu münaqişənin həllinə nail olacağımıza ümidvar olduğunu bildirib.

Qrupun sədri Akkan Suver deyib ki, Azərbaycana səfərdə məqsəd iki ölkə arasında əlaqələrin daha da inkişafına köməklik göstərməkdir. Sonra o, Azərbaycan Prezidenti İlham Əliyevin qrupun fəxri sədri seçildiyini diqqətə çatdırmışdır.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək deyib ki, Azərbaycanda gördükləri inkişaf onlarda bu ölkənin tezliklə daha sürətlə inkişaf edəcəyinə və dünya birliyində layiqli yer tutacağına ümidləri artırır.

"Biz inanırıq ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaxın gələcəkdə daha sürətlə inkişaf edəcək və Qafqazın ən aparıcı və nüfuzlu dövlətinə çevriləcək. Fəxrlə deyə bilərik ki, Azərbaycan Qafqazın parlaq ulduzu və günəşidir.

Bu gün Azərbaycanın torpaqlarının işğal altında olması onun inkişafına həqiqətən də ciddi maneələr törədir. Biz birgə əməyimiz və səyimiz nəticəsində bu problemi də həll edəcək, yaxın vaxtlarda daha bir zəfər bayramını Dağlıq Qarabağda qeyd edəcəyik".

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti