...

NORVEÇ AZƏRBAYCANDA ƏDALƏTLİ VƏ ŞƏFFAF SEÇKİLƏRİN KEÇİRİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏLƏRƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR

Siyasət Materials 31 Avqust 2005 17:33 (UTC +04:00)
NORVEÇ AZƏRBAYCANDA ƏDALƏTLİ VƏ ŞƏFFAF SEÇKİLƏRİN KEÇİRİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏLƏRƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR

Rəsmi Oslo Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı məsələlərə böyük əhəmiyyət verir. Trend in məlumatına görə, bu barədə avqustun 31-də Bakıya səfər edən Norvkçin dövlət katibi Kim Trovik bəyan edib.

Kim Trovik qeyd edib ki, Azərbaycan-Norveç əməkdaşlığının inkişafı, regional məsələlərin, eləcə də Dağlıq Qarabağ probleminin nizamlanması və enerji layihələrinin reallaşdırılmasına dair məsələlərin müzakirəsidir.

O, Norveçin "Statoil" şirkəti Azərbaycanın neft-qaz sektorunda ən böyük investorlardan biri olduğunu xatırladaraq ikitərəfli iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə münasibətdə Norveçin mövqeyi məsələsi ilə bağlı K. Trovik qeyd edib ki, rəsmi Oslo beynəlxalq standartlara cavab verən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələlərə böyük əhəmiyyət verir.

Norveç hökumətinin Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin şərh edərkən nazir bildirib ki, "Norveç ATƏT-in Minsk Qrupunun səylərinin dəstələyir və eyni zamanda, sülh danışıqlarının davam etdirilməsinin tərəfdarı kimi çıxış edir".

"Rəsmi Oslo nikbin əhval-ruhiyyədədir və Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin son nəticədə müsbət nəticələr verəcəyinə ümid edir", - deyə nazir qeyd edib.

"Demokratik seçkilərin keçirilməsi Bakının Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərdən biridir. Sözsüz ki, səsvermənin nəticələri Azərbaycan xalqının suveren seçiminin nəticələridir.

Lakin biz bütün namizədlərə bərabər şəraitin yaradılmasının tərəfdarıyıq", - deyə K. Trovik seçkilərin monitorinqində 6 qşısamüddətli və 2 uzunmüddətli norveçli müşahidəçinin iştirak edəcəyini xatırladıb.

Norveç hökumətinin UNDP ilə birgə reallaşdırdığı Cənubi Qafqaz dövlətlərinin dəstəklənməsi layihəsinə dair məsələyə toxunan diplomat qeyd edib ki, bu layihə çərçivəsində 2007-ci ilin sonuna kimi Azərbaycan, Gürcüstan və Ermənistana ümumilikdə 10 milyon dollar vəsait ayrılacaq.

"Bu məbləğin üçdə biri Azərbaycana yönəldilib", - deyə K. Trovik qeyd edib. O , daha sonra əlavə edib ki, Oslo ilə Bakı arasında əməkdaşlığın inkişaf etməsi hesabına Azərbaycan iqtisadiyyatına iri investisiyalar cəlb olunub.

"Bu gün Norveç hökuməti Azərbaycanla münasibətdə bir sıra yeni birgə layihələr hazırlayıb", - deyə dövlət katibi qeyd edib. O bildirib ki, birgə əməkdaşlıq demokratik institutların inkişafı, enerji layihələri, eləcə də qaçqınlara və məcburi köçkünlərə yardım sahəsində proqramları reallaşdırmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti