...

DMİTRİ RUPEL SENTYABRIN 5-də BAKIYA SƏFƏR EDƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 11:34 (UTC +04:00)
DMİTRİ RUPEL SENTYABRIN 5-də BAKIYA SƏFƏR EDƏCƏK

Dimitri Rupel Kazan görüşünün nəticələri barədə məlumat almaq üçün Bakı və Yerevana səfər edəcək.

ATƏT-in hazırki sədri, Sloveniyanın xarici işlər naziri Dimitri Rupel Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri barədə məlumat almaq üçün sentyabrın 6-da Bakıya, oradan isə Yerevana səfər edəcək. Səfər zamanı o, prezidentlər İlham Əliyev və Robert Köçəryanla görüşəcək. Bakıdakı rəsmilərlə görüşlərdə cənab Rupel qarşıdan gələn parlament seçkisi ilə bağlı məsələləri də müzakirə edəcək.

Bu barədə Trend "Azadlıq" radiosuna istinadən xəbər verib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir isə bildirir ki, qurum əvvəlki seçkilərdən sonra Azərbaycan hökumətinə verdiyi tövsiyyələrin icra olunacağına ümid bəsləyir. "ATƏT bu prosesi diqqətlə izləyəcək" - deyə cənab Gunnarsdottir bildirib.

O, bir daha hökuməti seçicilərin barmaqlarının xüsusi mürəkkəblə işarələnməsi ilə bağlı tövsiyyəni qəbul etməyə çağırır.

Urdur Gunnarsdottir bildirir ki, bir çox ölkələrdə mürəkkəbdən istifadə olunub. Yeganə səbəb ictimaiyyətin seçki prosesinə inamını artırmaq və təkrar səsvermənin qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti