...

ATƏT PARTİYALARARASI DİALOQ KEÇİRƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 11:45 (UTC +04:00)

ATƏT-in BakI Ofisi sentyabrın 12-də iqtidar və müxalifət partiyaları üçün seminar-dialoq keçirəcək. Ofisin əməkdaşı Ülvi Axundlunun sözlərinə görə, dialoqun mövzusu sərbəst toplaşmaq hüququ ilə bağlı ATƏT prinsipləri və onlara Azərbaycanda nə dərəcədə riayət edilməsi olacaq.

Seminarda iştirak edəcək partiyaların tam tərkibi hələlik bəlli deyil. "Ötən görüşdən fərqli olaraq, bu dəfə daha çox siyasi qurumun tədbirə qatılacağı gözlənilir. Artıq əməkdaşımız İnqrid Qossinger partiya rəhbərləri ilə görüşərək, onları tədbirə dəvət edir", - deyə cənab Axundlu bildirib.

Bu ilin mayında ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə səkkiz iqtidar və müxalifət partiyasının görüş-seminarı keçirilib. Həmin vaxt tədbirin yekunu olaraq tərəflər arasında "Davranış Kodeksi" adlı sənəd imzalanıb. Bundan sonra da tərəflər öz təşəbbüsləri ilə bir neçə dəfə görüşsələr də, sonradan qarşılıqlı ittihamlarla görüşlər dayandırılıb.

Xəbər lenti

Xəbər lenti