...

AZƏRBAYCAN PREZİDENTİ ABŞ-A SƏFƏR EDƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 12:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın ortalaranıda ABŞ-a səfər etmək niyyətindədir. Bu barədə Trend ə BMT-nin Bakı ofisindən xəbər verilib.

Səfərin məqsədi sentyabrın 14-16-da BMT-nin Baş Assambleyasının 60-cı sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli ümumdünya görüşündə iştirak etməkdir. Sammitdə əsas müzakirə mövzusu BMT-nin baş katibi Kofi Annanın beynəlxalq təhlükəsizlik sisteminin dəyişdirilməsi, terrorçuluqla mübarizə, BMT-nin Təhlükəsizlik Şurasında islahatın aparılması və insan haqları üzrə daimi Şuranın yaradılması ilə bağlı konkret tədbirlərin görülməsini nəzərdə tutan məruzəsi olacaq.

Görüşdə Azərbaycan prezidentinin çıxışı da planlaşdırılır.

Səfər çərçivəsində İlham Əliyevin digər ölkələrdən olan həmkarları, beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri ilə görüşləri, həmçinin bir sıra tədbirlərdə iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti