...

AZAD RESPUBLİKAÇILAR PARTİYASI NAMİZƏDLƏRİN DƏYİRMİ MASASINI TƏŞKİL EDƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 14:00 (UTC +04:00)

"Namizədliyi 62 saylı Saatlı seçki dairəsindən qeydə alınan şəxslərin dəyirmi masasını təşkil etmək fikrindəyik. Məqsədimiz namizədlərin milli birliyini nümayiş etdirməklə yanaşı, seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı prezidentin verdiyi 11 may 2005-ci il tarixli sərəncamından irəli gələn müddaları həyata keçirməkdir".

Bu barədə Trend agentliyinə "İslahat" seçki blokundan namizədliyi 62 saylı Saatlı seçki dairəsində qeydə alınan Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidov məlumat verib.

K.Seyidov dəyirmi masanın könüllülük prinsipi ilə təşkilinin tərəfdarıdır. Partiya sədri bildirib ki, dəyirmi masada iştirak etmək üçün heç bir namizədi məcbur edə bilməzlər: "Seçkilərdə qarşıya çıxa biləcək problemləri birgə həll etmək, seçkilərin demokratik və şəffaflığını istəyən namizəd dəyirmi masada iştirak etməyi özünə borc bilməlidir".

Partiya sədri dəyirmi masanın yerini və keçiriləcək ünvanını da müəyyənləşdirib: "Sentyabrın 10-u saat 12.00-da Saatlı rayon Mərkəzi Mədəniyyət Sarayının ikinci mərtəbəsində onları gözləyirik".

Dəyirmi masada birgə davranış məcəlləsinin də imzalanacağını bildirən K.Seyidov tədbirin təşkili ilə bağlı dairə seçki komissiyasına rəsmi müraciət edildiyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti