...

VERGİLƏR NAZİRLİYİ PREZİDENTİN İNFLYASİYA ƏLEYHİNƏ FƏRMANININ GERÇƏKLƏDİRİLƏN BƏZİ MADDƏLƏRİNİN YEKUNLARINI AÇIQLAYIB

Siyasət Materials 1 Sentyabr 2005 15:18 (UTC +04:00)
VERGİLƏR NAZİRLİYİ PREZİDENTİN İNFLYASİYA ƏLEYHİNƏ FƏRMANININ GERÇƏKLƏDİRİLƏN BƏZİ MADDƏLƏRİNİN YEKUNLARINI AÇIQLAYIB

Azərbaycanın vergilər nazirliyi prezidentin "Azərbaycanda inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsi haqqında" fərmanının icrası üzrə fəal tədbirlər gerçəkləşdirir.

Trend agentliyi bildirir ki, vergilər Nazirliyinin operativ nəzarət işlərinin təşkili İdarəsinin rəisi İlham Əmirəliyevin sözlərinə görə, prezidentin fərmanına əsasən xüsusilə xarici valyutada həyata keçirilən hesablama problemlərinin həlli, kassa aparatlarının quraşdırılması və əmək sazişlərinin bağlanmasına nəzarət üçün vergilər Nazirliyinə bir sıra tədbirlərin yerinə yetirilməsi tapşırılıb.

İlham Əmirəliyev qeyd edib ki, həmin fərmanın maddələrinə əsasən yerinə yetirilən işlər nəticəsində cari ilin yalnız iyun-avqust ayları ərzində nəğd hesablamada pozuntular aşkar edilib ki, bunun əsasında 1566 protokol tərtib edilib və 602 mln. manat həcmində sanksiya tətbiq edilib.

Valyutada olan hesablamalardakı pozuntular 749 obyektdə aşkar edilib, bunun nəticəsində 754 protokol tərtib edilib,həmin obyektlərə tətbiq edilən maliyyə sanksiyalarının həcmi isə 882 mln. manat təşkil edib. İctimai yerlərdə qeyri-qanuni valyuta mübadiləsi həyata keçirilməsi ilə bağlı 21 protokol bağlanıb, həmin pozuntular üzrə maliyyə sanksiyalarının həcmi 3,2 mln. manat təşkil edib.

827 obyektdə həmin obyektin işçiləri ilə əmək müqavilələrinin bağlanmaması ilə əlaqədar pozuntular aşkar edilib.Bu obyektlərin 2530 işçisi ilə əmək müqavilələri bağlanmayıb.O cümlədən sahibkarlıq fəaliyyətinin müvafiq qanuniləşdirmə olmadan həyata keçirilməsi ilə bağlı 687 pozuntu aşkar edilib.

Pozuntuların belə növlərinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları 142 mln. manat məbləğindədir. Həmin işlərin aparılması sayəsində 1316 işçi ilə əmək müqaviləsi qanuniləşdirilib ki, bundan 889-u mövsümi, 427 işçi isə daimi iş yeri alıb.

Xəbər lenti

Xəbər lenti