...

"İSLAHAT" SEÇKİ BLOKU AKSİYALARA HAZIRLAŞIR

Siyasət Materials 1 Sentyabr 2005 15:36 (UTC +04:00)

"İslahat" seçki bloku sentyabrda aksiyalar keçirməyi planlaşdırır. Ancaq bizim keçirəcəyimiz aksiyalar kütləvi xarakter almayacaq" Bu barədə Trend agentliyinə "İslahat" seçki blokunun təsisçilərindən olan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə onu da qeyd edib ki, ilk olaraq aksiyalar Əlibayramlı, Gəncə və Sumqayıtda keçiriləcək. Seçki təbliğatı müddətində aksiyalar sərhəddini genişləndirəcək.

DADP sədri keçirəcəkləri aksiyaların qapalı şəkildə, yəni seçki dairələrində keçiriləcəyini bildirib. Seçki dairələrində keçiriləcək aksiyaların mahiyyətini açıqlayan M.Əlizadə: "Yəni hansı seçki dairəsindən namizədimiz varsa orada aksiyalar keçirməklə seçki təbliğatını aparacağıq".

Xəbər lenti

Xəbər lenti