...

ŞÖBƏ RƏİSİNİN İNTİHARDA İSTİFADƏ ETDİYİ VİNÇESTR MARKALI OV TÜFƏNGİ BALLASTİK EKSPERTİZAYA GÖNDƏRİLİB

Siyasət Materials 1 Sentyabr 2005 16:26 (UTC +04:00)

Avqustun 31-də yaşadığı mənzilin yataq otağında odlu silahdan ağız boşluğuna atəş açmaqla özünü öldürmüş DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Məzahir Əliyevin ölüm faktı ilə əlaqədar istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prkourorluğundan Trend ə verilən məlumata görə, artıq Məzahir Əliyevə məxsus olan və hadisədə istifadə edilmiş Vinçestr ov tüfəngi ilə əlaqədar ballastik-ekspertiza təyin olunub. Yaxın günlərdə ekspertizanın nəticəsi məlum olacaq.

Hadisədən üç saat sonra Nərimanov rayon məhkəmə-tibb ekspertiza şöbəsində meyitin xarici və daxili müayinəsinə başlanılıb və artıq rəy hazırdır. Həmin rəydə göstərilir ki, mərhumun baş-beyin nahiyəsində bir güllə xəsarəti və 27 ədəd qırma aşkar edilib.

Qeyd edək ki, şöbə rəisinin ölüm faktı ilə əlaqədar AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq Baş Prokurorluğun Ağır cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən həyata keçirilir.

İstintaq işi həmin İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin icraatındadır. Müstəntiq isə istintaq sirri olduğuna görə istintaqın gedişatı barədə hər hansı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti