...

MATS LİNDBERQ: TERRİ DEVİSİN BAKIYA SƏFƏRİNİN YEGANƏ MƏQSƏDİ PARLAMENT SEÇKİLƏRİDİR

Siyasət Materials 1 Sentyabr 2005 17:13 (UTC +04:00)

Avropa Şurasının (AŞ) baş katibi Terri Devisin Bakıya səfərinin məqsədi "seçkiqabağı çətinliklərin və problemlərin müzakirəsi" və Azərbaycandakı iqtidar və müxalifət dairələrinin nümayəndələrinə vacib tövsiyələrin verilməsidir. Trend agentliyinin məlumatına əsasən, sentyabrın 1-də Bakıda keçirilən mətbuat konfransında AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq bu barədə bildirib.

Onun sözlərinə görə, AŞ baş katibi 4 sentyabr, axşam Bakıya gələcək və 6 sentyabr səhərədək ölkədə olacaq.Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov,Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov, qeyri-hökumət təşkilatları və müxalifət nümayəndələri ilə görüşlər keçiriləcək.

"Səfərin yeganə məqsədi Azərbaycanda seçkiqabağı vəziyyətlə tanışlıqdır"-deyə avropalı diplomat bildirib və qeyd edib ki, "səfərin tarixini seçkidən sonraya keçirmək mənasız olardı".

O, xatırladıb ki, sentyabrın 5-də Bakıda "Seçkilər və demokratiyanın inkişafı" mövzusunda konfrans keçiriləcək və tədbirin açılışında Terri Devis və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edəcək.

Tədbir çərçivəsində AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov, AŞPA-nın keçmiş sədri, lord Rassel-Conson, Maltanın keçmiş prezidenti, AŞ Venesiya Komissiyasının üzvü Uqo Mifsud-Bonniki, Böyük Britaniyanın Bakıdakı səfiri Lori Bristou və Azərbaycan MSK sədri Məzahir Pənahovun çıxışları planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti