...

7-8 SENTYABRDA VENESİYA KOMİSSİYASI AZƏRBAYCANIN SEÇKİ KOMİSSİYALARININ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN BAKIDA TRENİNQLƏR KEÇİRƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 17:37 (UTC +04:00)

7-8 Sentyabrda Avropa Şurası Venesiya Komissiyasının (VK) nümayəndələri Bakıda Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri və respublikanın seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək.

Trend bildirir ki, Avropa Şurası baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Mats Lindberq Azərbaycanda seçkiqabağı "AŞ-nin hərəkət planı"nın gerçəkləşdirilməsi üzrə keçirilən mətbuat konfransında bu barədə bildirib.

Diplomat qeyd edib ki, "VK ekspertləri səsvermə günündə və seçkidən sonrakı dövrdə qanun pozuntularının aşkar edildiyi təqdirdə seçki komissiyaları üzvlərinin necə hərəkət etmələri barədə müfəssəl məlumat verəcəklər".İkigünlük treninqlər "Təlimlərlə təlimlərə" şüarı altında keçiriləcək.

M. Lindberq həm də bildirib ki, VK nümayəndələrindən ibarət qrup 2-3 həftə ərzində Bakıda olacaq.

AŞ baş katibinin xüsusi nümayəndəsi sonda xatırladıb ki, VK-nin Azərbaycandakı parlament seçkiləri üzrə həlledici qərarı sentyabrın sonunda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti