...

MÜSAVAT BAŞQANI ALMANİYA SƏFİRLİYİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 1 Sentyabr 2005 18:03 (UTC +04:00)

"Müsavat başqanı İsa Qəmbər sentyabrın 1-də Almaniyanın Azərbaycandakı səfirliyinə etiraz məktubu göndərib" Bu barədə Trend agentliyinə başqanın müavini Sülhəddin Əkbər məlumat verib.

S.Əkbər bildirib ki, o, avqustun 28-dən sentyabrın 4-dək Almaniyada keçirilən "Beynəlxalq terrorizm və beynəlxalq təhlükəsizlik" konfransında iştirak etmək üçün dəvət alıb. Lakin konfransa qatılmaq üçün Almaniya səfirliyi ona viza verməyib: "Bir neçə də bəyanat verməyimizə baxmayaraq nəticəsi olmayıb"

Müsavat başqanının müavini İ.Qəmbərin Almaniya səfirliyinə göndərdiyi məktuba cavab verilmədiyi halda daha qəti addımlar atılacağını qeyd edib.

"Beynəlxalq terrorizm və beynəlxalq təhlükəsizlik" konfransı "Fridrix Nauman" fondu və Beynəlxalq Liderlik Akademiyası tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti