...

MİLLİ MƏCLİSİN İLK İCLASINDA BİR SIRA SƏNƏDLƏR TƏSDİQ OLUNDU

Siyasət Materials 1 Sentyabr 2005 18:31 (UTC +04:00)

MM-in sentyabrın 1-də keçirilmiş payız sessiyasının ilk iclasında bir sıra sənəd təsdiq edilib. Trend xəbər verir ki, onların sırasında "AR hökuməti və İslam İnkişaf bankı arasında AR-da Xaçmaz yarımstansiyası və elektrik verilişi xətti layihəsində istifadə edilməsi məqsədilə Bank adından və Bankın agenti adından çıxış edən AR hökumətinin 330/110 kv-lüq yarımstansiyasının alınması üçün səlahiyyyətləndirilməsinə və AR hökumətinə satılmasına lair müddətli saziş", Azərbaycan və Polşa hökumətlərarası müdafiə sahəsində əməkdaşlıq haqqında, iqtisadi əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişləri, Biləsuvar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında sənədlər var.

Milli Məclis həmçinin "Hərbi qulluqçuların pensiya təminatı haqqında", AR qanununa dəyişikliklər və əlavə edilməsi barədə" AR Qanunun tətbiqi ilə əlaqədar AR-nın bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında", AR-nın bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi haqqında, "Dövlət rüsumu haqqında" və "Diplomatik xidmət haqqında" AR-nın Qanunlarına əlavələr edilməsi barədə, "Məhkəmə-hüquq Şurası haqqında" AR Qanunun tətbiqi ilə əlaqədar AR-nın bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə sənədləri təsdiq edib.

Daha sonra "Məhkəmələr və hakimlər haqqında" AR-nın qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" AR Qanunun tətbiqi ilə əlaqədar AR-nın bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındaqanun layihəsi qəbul olunub.

İki sənəd isə AR-nın İnzibati xətalar məcəlləsinə əlavələr edilməsi haqqındadır. Birincisi müəllif hüquqlarının qorunmasına dair sənəddir, ikinciisi isə ölkə daxilində və beynəlxalq marşrut üzrə hərəkət edən nəqliyyat vasitələrində biletsiz sərnişin daşınmasına görə cərimələrlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti