...

AZƏRBAYCAN DEPUTATININ BELORUSİYA ÜZRƏ MƏRUZƏSİ YANVARDA AŞPA-DA DİNLƏNİLƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 20:42 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belarusiya üzrə məruzəçi təyin olunmuş Milli Məclisin deputatı Asim Mollazadənin məruzəsi yanvar ayında dinləniləcək. Bu barədə Trend ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə məlumat verib.

O, bildirib ki, artıq Belarusiya ilə bağlı monitorinqə başlanılıb. AŞPA-nın payız sessiyası dövründə, oktyabr ayında Alt Komitənin iclası keçiriləcək və Belorusiyaya dair məruzə müzakirə ediləcək. Yanvarda isə məruzənin açıqlanması nəzərdə tutulub. Hələlik isə məruzənin hazırlanması üzərində iş Ёgedir.

A.Mollazadə onu da bildirib ki, sentyabrın 12-də Parisdə keçiriləcək AŞPA-nın Dağlıq Qarabağa dair Alt Komitəsinin ATƏT-in Minsk qrupu ilə görüşünün gündəliyi məlumdur. Onun sözlərinə görə, iclasda əsasən AŞPA-nın bu ilin yanvarında Dağlıq Qarabağa dair çıxardığı qətnamənin icrası müzakirə mövzusu olacaq.

Bundan başqa görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün aparılan danışıqlar prosesi ətrafında da müzakirələr aparılacaq, sülh danışıqlarının indiki səviyyəsi qiymətləndiriləcək.

Alt Komitənin iclasında ATƏT-in Minsk qrupunun həmsədrləri Stiven Mənn, Yuri Merzlyakov, Bernar Fasye, həmçinin Minsk qurupuna daxil olan ölkələrin nümayəndələri iştirak edəcəklər.

Azərbaycanı isə bu görüşdə AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Asim Mollazadə, həmçinin Azərbaycan prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti