...

DAXİLİ İŞLƏR NAZİRİ ŞÖBƏ MÜDİRİNİN ÖLÜMÜNƏ MÜNASİBƏT BİLDİRİB

Siyasət Materials 1 Sentyabr 2005 20:50 (UTC +04:00)
DAXİLİ İŞLƏR NAZİRİ ŞÖBƏ MÜDİRİNİN ÖLÜMÜNƏ MÜNASİBƏT BİLDİRİB

Sentyabrın 1-də Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov jurnalistlər üçün keçirdiyi qısa brifinqdə dünən baş vermiş intihar hadisəsinə münasibət açıqlayıb. Trend məlumat verir ki, nazirin DİN Baş Cinayət Axtarış İradəsinin şöbə rəisi Məzahir Əliyevin ölümünə münasibəti qısa və birmənalı olub.

Nazir jurnalistlərə bildirib ki, Məzahir Əliyevin ölümünü siyasiləşdirmək olmaz. "Bu adam ölümündən əvvəl də hərəkətinin səbəbini məktub şəklində ailəsi üçün yazıb" deyən nazirin sözlərinə görə, M.Əliyevin iş yoldaşları da onun son vaxtlar xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyiblər.

R.Usubov Məzahir Əliyevin faciəsi ilə bağlı hər hansı dəxli olmayan söhbətlərin onun ruhuna hörmətsizlik kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti