...

DAXİLİ İŞLƏR NAZİRİ DİN BAKI QARNİZONUNUN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞÜB

Siyasət Materials 1 Sentyabr 2005 20:58 (UTC +04:00)

Sentyabrın 1-də Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Çevik Polis Alayının şəxsi heyəti ilə görüşüb.

Trend məlumat verir ki, nazirin şəxsi heyətlə görüşməkdə məqsədi bir gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanı əməkdaşlarının məvaciblərinin artırılması ilə bağlı sərəncama münasibət bildirmək olub.

R.Usubovun sözlərinə görə, ölkə Prezidentinin sərəncamına uyğün olaraq daxili işlər orqanları əməkdaşlarının məvacibi 6 dəfə artırılıb.

R.Usubov: "Bu gün Azərbaycanın uğurlu gələcəyinin inkişafını təmin edən cənab İlham Əliyev Azərbaycanın hər bir sahəsində inkişafın təmin olunmasında böyük işlər görür. Məhz hörmətli Prezidentimizin rəhbərliyi altında son iki ildə çox uğurlu iqtisadi siyasət həyata keçirilib.

Ölkədə sabitlik qorunub saxlanılıb. Cinayəıtkarlığa qarşı mübarizə gücləndirilib. Son illər polis işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması, həmçinin daxili işlər orqanlarının müasir texniki avadanlıqlarla təmin olunması istiqamətlərndə böyük işlər görülüb.

Ötən il Prezident tərəfindən imzalanan sərəncamla şəxsi heyətin böyük əksəriyyətinin məvacibi iki dəfə, bəzi xüsusi hissələrin isə məvacibləri üç dəfə artırılıb. Pezident Azərbaycan polisinrin gələcəkdə də sosial müdafiəsinin gücləndirilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi haqqında proqrama imza atıb.

Bu proqramda məvaciblərin artırılması istiqamətində köklü dəyişikliklər olacaq. Azərbaycan polisinin ən öndə gedən nizami hissələrindən olan çevik polis alayı da Prezidentin dünən imzaladığı sərəncamda bu sıradadır və çevik polis alayının şəxsi heyətinin məvacibi 6 dəfə artırılıb.

Bakı qarnizonun rayon polis idarələrində olan tağımlarda da xidmət aparan əməkdaşların vəzifə maaşları 6 dəfə artırılıb. Bundan əlavə metropolində və səfirliklərdə xidmət aparan əməkdaşların məvacibləri 5-6 dəfə artırılıb. Beləliklə, Bakı qarnizonunda 2201 nəfərin məvacibi ən aşağısı 350 dollar və ondan artıq olacaq".

Nazir qeyd etdi ki, ölkə büdcəsindən 4 aya təqribən 32 milyard manat daxili işlər orqanları əməkdaşlarının məvaciblərinin artırılmasına sərf olunacaq. Gələn il isə bu məbləğ 100 milyard manatdan çox təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti