...

NAMİZƏDLƏRİN TƏBLİĞAT KAMPANİYASINA HAZIRLIQ

Siyasət Materials 2 Sentyabr 2005 18:32 (UTC +04:00)

Sentyabrın 7-də start götürəcək parlament seçkilərinə qatilan namizədlərin təbliğat və təşviqat kampaniyasina hazırlıq məqsədi ilə Gəncənin müvafiq 4 DSK-larinda bir sira tədbirlər görülüb.

Bu haqda Trend nümayəndəsinə məlumat verən 39 saylı DSK-nin sədri İbrahim Cəfərov bildirdi ki, təbliğat dövründə namizədlərin öz seçiciləri ilə görüşünü təşkil etmək üçün hər bir dairənin ərazisində Kəpəz və Nizami rayonları İcra başçılarının sərəncamları ilə 15 qapalı və açıq yer seçilib.

Bundan başqa şəhərdə aparılan təmir işlərinə zərər gətirməmək üçün namizədlərin təşviqat materialları seçicilərin daha çox sıx olduğu yerlərdə quraşdırılmış reklam lövhələrində yerləşdiriləcək .

Namizədlər dövlət hesabına maliyyələşəcək iki qəzet "Gəncənin səsi" və "Novosti Gənci" qəzetlərinin imkanlarından istifadə ədəcəklər. Bundan başqa özəl yerli telekanallarda və bir neçə özəl yerli mətbuatda da təbliğat işlərini apara bilərlər.

Xəbər lenti

Xəbər lenti