...

ABŞ-IN ATƏT-DƏ SƏFİRİ: VAŞİNQTON AZƏRBAYCANDAKI SEÇKİ PROSESLƏRİNİ BÖYÜK MARAQLA İZLƏYİR VƏ ƏLDƏ OLUNMUŞ UĞURLARI YÜKSƏK QİYMƏTLƏNDİRİR

Siyasət Materials 3 Sentyabr 2005 11:32 (UTC +04:00)

Vaşinqton azərbaycandakı seçki proseslərini böyük maraqla izləyir və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir. Trend in məlumatına görə, belə bir bəyanatla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclasında ATƏT-də ABŞ-ın yeni səfiri Culi Finli çıxış edib.

Cənubi Qafqazla bağlı bir sıra məsələlərlə bağlı ABŞ-ın mövqeyini şərh edən səfir həmçinin bildirib ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini , həmçinin Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində fəaliyyətlərini dəstəkləyir. "Bizim dəfələrlə bəyan etdiyimiz kimi, ABŞ qətiyyətlə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini dəstəkləyir.

Ötən həftə ABŞ dövlət katibi Rays prezident İlham Əliyevlə söhbət edib. Biz seçkiqabağı kampaniyanı aparan şəxslərin təqiblərdən və hədələrdən azad olması barədə zəmanətə nail olmuşuq. Biz partiya və namizədlərin kütləvi informasiya vasitələrinə bərabər çıxış eimək imkanına zəmanət almışıq.

Nəhayət, biz şəhərlərdə, qəsəbələrdə və kəndlərdə seçkilərdən sonra öz səsvermələrinin həqiqi nəticələrini görəcəklərinə zəmanət əldə etmişik", -deyə ABŞ-ın ATƏT-də səfiri qeyd edib.

C.Finli həmçinin qeyd edib ki, Vaşinqton Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması üzrə davam etdirdikləri işi tam dəstəkləyir. "Bu yaxınlarda Ermənistan və Azərbaycan prezidentləri ilə telefon danışığı zamanı dövlət katibi Kondoliza Rays onların hər ikisini belə nizamlanmanın əldə olunması üçün zəruri olan güzəştlər getməyə çağırıb",- deyə Finli qeyd edib ki, Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Minsk qrupuna danışıqlar prosesinin tam tərkibi barədə məlumat verəcəkləri barədə ümidlərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti