...

"YENİ SİYASƏT" "AZADLIQ" BLOKUNUN İDDİALARINA GÖRƏ AÇIQLAMA VERMƏSİNİ TƏLƏB EDİR

Siyasət Materials 3 Sentyabr 2005 13:54 (UTC +04:00)

Müxalifəti təmsil edən "Yeni Siyasət" və "Azadlıq" Seçki Bloklarının əməkdaşlığı baş tutmayıb. "Yeni Siyasət" blokundan Trend ə verilən məlumata görə, onlar "Azadlıq" blokundan açıqlama verməsini tələb edirlər. Çünki "Azadlıq" blokunun liderələrindən İsa Qəmbər və Əli Kərimli əməkdaşlıqla bağlı müsbət fikirlərini bildirsələr də, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu "Yeni Siyasət" bloku haqqında bəzi ittihamlarla çıxış edib. ADP funksioneri bildirib ki, "Yeni Siyasət" blokunun yaradılması qeyri-qanunidir, orada ictimai təşkilatlar təmsil olunduğundan, bu qurum seçki bloku sayıla bilməz. Həmçinin, Sərdar Cəlaloğlu "Yeni Siyasət"də sağlam müxalifət qüvvələrinin olmadığını da iddia edib.

Qeyd edək ki, "Yeni Siyasət"in əməkdaşlıq barədə müraciətindən təxminən bir ay keçdikdən sonra "Azadlıq" bloku bu günlərdə müraciətə cavab verib və əməkdaşlığa razılığını bildirib. "Yeni Siyasət" blokunun Əlaqələndirmə Şurasının sentyabrın 2-də keçirilən iclasında "Azadlıq" bloku ilə əməkdaşlıq məsələsi müzakirə olunub. Lakin bu dəfə "Yeni Siyasət" üzvləri qarşı tərəflə əməkdaşlığı hələ ki, məqbul saymayıblar. Çünki "Yeni Siyasət"çilər Sərdar Cəlaloğlunun ittihamlarını əsas gətirərək "Azadlıq" blokunun öz mövqeyini və fikirlərini dəqiqləşdirməsini və bu ittihamlara aydınlıq gətirməsini istəyir. "Yeni Siyasət"dən bildirilib ki, ADP funksionerinin iddiaları əsassızdır, çünki bu blok üç siyasi partiya tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti