...

İSA QƏMBƏR: MƏN BEYNƏLXALQ TƏŞKİLATLARIN NİKBİNLİYİNİ BAŞA DÜŞMÜRƏM

Siyasət Materials 5 Sentyabr 2005 13:24 (UTC +04:00)

"Mən beynəlxalq təşkilatların Azərbaycanda parlament seçkiləri ilə bağlı məsələlərlə əlaqədar nikbinliyini başa düşmürəm". Trend in məlumatına görə, belə bəyanatla "Müsavat" partiyasının lideri İsa Qəmbər sentyabrın 5-də Bakıda "Seçkilər və demokratik inkişaf"a həsr olunmuş konfransda çıxış edib.

"Əlbəttə, beynəlxalq ictimaiyyətin Azərbaycanda parlament seçkilərinə bu qədər böyük diqqət ayırması bizi sevindirir", - deyə o bildirib.

AŞ PA-nın keçmiş prezidenti lord Rassel-Conson buna cavab olaraq qeyd edib ki, AŞ PA ədalətli seçkilərin keçiriləcəyinə ümidvardır.

"Mən seçkilər haqqında qabaqcadan danışa bilmərəm, lakin əminliklə onu deyə bilərəm ki, hətta pis qanunvericilik olduqda belə ədalətli, şəffaf və demokratik seçkilərin keçirilməsi mümkündür. Mən hesab edirəm ki, mövcud qanunvericiliklə AŞ-nin standartlarına cavab verən seçkilərin keçirilməsi üçün Azərbaycanın böyük şansı var", - deyə lord Rassel-Conson bildirib.

Xəbər lenti

Xəbər lenti