...

FİKRƏT MƏMMƏDOV: AZƏRBAYCANDA EXIT-POOL-RIN KEÇİRİLMƏSİ DEMOKRATİK VƏ ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNİN TƏMİNATIDIR

Siyasət Materials 5 Sentyabr 2005 13:32 (UTC +04:00)
FİKRƏT MƏMMƏDOV: AZƏRBAYCANDA EXIT-POOL-RIN KEÇİRİLMƏSİ DEMOKRATİK VƏ ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNİN TƏMİNATIDIR

Azərbaycanda exit-pool-ın keçirilməsi ölkədə demokratik və ədalətli seçkilərin keçirilməsinin təminatıdır. Trend in məlumatına görə, bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 5-də Bakıda keçirilən mətbuat konfransında bəyan edib.

Ədliyyə naziri qeyd edib ki, ölkə rəhbərliyi, o cümlədən, prezident İlham Əliyev seçkilərin beynəlxalq standartlara müvafiq keçirilməsinə xüsusi diqqət ayırır. Bu, öz təsdiqini 11 may tarixli "Seçki təcrübəsinin təkmilləşdirilməsi barədə" sərəncamda tapıb.

"Prezident İlham Əliyev ölkənin hər bir regionuna səfəri zamanı bu ərazilərdə seçkilərə hazırlıq həmin fərmanın maddələrinə uyğun şəkildə keçirilməsi üçün bütün tədbirlərin görülməsinə çağırır", - deyə F.Məmmədov qeyd edib ki, Azərbaycanın qanunvericilik bazası ölkədə seçkilərin demokratik və ədalətli keçirilməsinə imkan verir. F.Məmmədov bildirib ki, bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası deputatlığa 2035 namizədi qeydiyyatdan keçirib ki, bu da 2000-ci ildə keçirilən parlament seçkilərdə olduğundan 5 dəfə çoxdur.

Ədiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, namizədlərin qeydiyyatı sentyabrın 7-nə kimi davam edəcək. Hərçənd ki, bu gün qeydə alınmış namizədlərin ümumi sayından 907 nəfəri müstəqil namizədlərdir.

F.Məmmədov həmçinin bildirib ki, 2005-ci il sentyabrın 1-də olan vəziyyətə görə, Azərbaycanda 37 tele-radio stansiyası, 28 informasiya agentliyi, 2200 qəzet fəaliyyət göstərir.

Ədliyyə Nazirliyində 50 siyasi partiya qeydiyyatdan keçib ki, onlardan 8-i öz şəhadətnaməsini avqustun əvvəllərində alıb. O, həmçinin qeyd edib ki, 2005-ci ilin əvvəlindən Ədliyyə Nazirliyi 200 qeyri-hökumət təşkilatını (QHT) qeydiyyata alıb. Sonda F.Məmmədov Azərbaycanın məhkəmə sistemində islahatların keçirilməsi məsələsinə də toxunub.

O qeyd edib ki, məhkəmə instansiyalarında hakimlər haqqında Avropa xartisına uyğun işlər aparılması üçün lazımi tədbirlər həyata keçirilir. "Cari ilin sentyabrında biz hakimlərin seçkilərini keçirəcəyik ki, həmin seçkilər sözsüz ki, beynəlxalq stardartların bütün normalarına müvafiq gələcək".

Xəbər lenti

Xəbər lenti