...

TERRİ DEVİS: AZƏRBAYCANDA QARŞIDAN GƏLƏN PARLAMENT SEÇKİLƏRİ DEMOKRATİK İNSTİTUTLARIN FORMALAŞMASI VƏ İNKİŞAFI ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏTƏ MALİKDİR

Siyasət Materials 5 Sentyabr 2005 13:45 (UTC +04:00)
TERRİ DEVİS: AZƏRBAYCANDA QARŞIDAN GƏLƏN PARLAMENT SEÇKİLƏRİ DEMOKRATİK İNSTİTUTLARIN FORMALAŞMASI VƏ İNKİŞAFI ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏTƏ MALİKDİR

"Azərbaycanda qarşıdakı parlament seçkiləri demokratik institutların formalaşması və inkişafı üçün böyük əhəmiyyət kəsb edir". Belə bəyanatla AŞ-nin baş katibi Terri Devis sentyabrın 5-də Bakıda "Seçkilər və demokratik inkişaf"a həsr olunmuş konfransda çıxış edib.

O qeyd edib ki, Azərbaycan prezidentinin 11 may tarixli sərəncamının bütün müddəaları icra olunmalıdır. "Bu sərəncamın yerinə yetirilməsi olduqca vacibdir. Bütün bəndlər həm milli əsasda, həm də yerli idarələr səviyyəsində həyata keçirilməlidir. Azərbaycan xalqına xəyanət etmək olmaz", - deyə T.Devis bəyan edib. Onun sözlərinə görə, Azərbaycan AŞ və digər beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliklər götürüb və bu öhdəliklər çərçivəsində demokratik və ədalətli seçkilər keçirilməlidir.

İqtidar və müxalifət arasında dialoqun aparılması məsələsinə gəldikdə, baş katib bildirib ki, dialoqun aparılmasında məqsəd seçkilər zamanı və ondan sonra dövlət və cəmiyyət arasında boşluğu doldurmaqdır. "Son illər Azərbaycanda demokratik seçkilərin keçirilməsində böyük irəliləyiş müşahidə edilir və mən ümidvaram ki, noyabrın 6-da keçiriləcək seçkilər ölkədə demokratiyanın inkişafına təkan verəcək", - deyə o əlavə edib.

T.Devis nitqini belə bitirib: "Demokratiya - bu, ilk növbədə şəfaflıq və dialoqdur. Mən Azərbaycana dost kimi gəlmişəm və hər hansı bir siyasi cərəyanı dəstəkləməyə hazırlaşmıram".

Xəbər lenti

Xəbər lenti