...

GÜRCÜSTANLI DEPUTAT KOTE QABAŞVİLİ: GÜRCÜSTANLA AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİ TƏHLÜKƏ ALTINDA DEYİL

Siyasət Materials 5 Sentyabr 2005 15:42 (UTC +04:00)

(Praym-Nyus) - Xarici əlaqələr üzrə parlament komitəsinin sədri Kote Qabaşvili bəyan edib ki, Gürcüstanla Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri təhlükə altında deyil, belə ki, hər iki dövlətin hakimiyyət orqanları istənilən təxribatın qarşısını almaq iqtidarındadır.

Bu barədə Kote Qabaşvili Praym-Nyusa Gürcüstanda yaşayan azərbaycanlıların kütləvi köçürüləcəkləri ilə bağlı KİV vasitəsilə yayılan məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanlarının daxili qüvvələrin köməyi ilə hər iki ölkə arasında tərədaşlıq əlaqələrinə qarşı təxribat kampaniyasına başlamaq cəhdi Gürcüstan və Azərbaycan prezidentləri, o cümlədən, hakimiyyət orqanları tərəfindən aradan qaldırılacaq.

"Strateji əlaqələrin pisləşməsi nə Gürcüstanın, nə də Azərbaycanın dövlət maraqlarına daxildir", - deyə parlamentari qeyd edib.

Azərbaycan diasporası ilə əməkdaşlıq üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov sentyabrın 11-də keçirilmiş mətbuat konfransında bəyan edib ki, azərbaycanlıların Gürcüstandan köçürülmələri təhlükəsi var.

O, ölkənin hakimiyyət orqanlarını milli azlıqların maraqlarının nəzərə alınmamasında günahladırıb.

Nazim İbrahimovun sözlərinə görə, xüsusilə, torpağın bölünməsi məsələsində, təhsildə, azərbaycanlıların Gürcüstana inteqrasiyasında ciddi problemlər mövcuddur.

"Azərbaycanlılar praktiki olaraq Gürcüstanın icra, qanunverici və məhkəmə sistemlərində təmsil olunmayıblar", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti