...

LORD RASSEL CONSON: "MƏN AZƏRBAYCANIN EKS-SPİKERİ, DAP-NIN LİDERİ RƏSUL QULİYEVİN VƏTƏNƏ QAYITDIQDAN SONRA MƏSULİYYƏTƏ CƏLB OLUNMAYACAĞINA ÜMİD EDİRƏM"

Siyasət Materials 5 Sentyabr 2005 15:55 (UTC +04:00)

Mən Azərbaycanın eks-spikeri, Azəorbaycan Demokrat Partiyasının lideri Rəsul Quliyev məsuliyyətə cəlb olunmayacağına və seçkilərdə iştirak edəcəyinə ümid edirəm. Belə bir bəyanatla sentyabrın 5-də Bakıda keçirilən "Seçkilər və demokratik inkişaf" adlı konfransda Avropa Şurasının baş katibi Terri Devis bəyan edib.

O qeyd edib ki, demokratik cəmiyyət yalnız o zaman formalaşa bilər ki, vətəndaşlar öz rəhbərliyini azad seçmək hüququna malik olsunlar. Eləcə də o, müstəqil məhkəmə instansiyalarını fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Lord Rassel Conson ölkədəki qarşıdakı seçkilərdə nişanlama rənglərindən istifadə olunması barədə təklifi müsbət qiymətləndirib və Azərbaycan kimi ölkələrdə bu variantın daha əlverişli olduğunu bəyan edib.
Daha sonra AŞPA-nın eks-prezidenti seçki komissiyalarının formalaşdırılması məsələsinə toxunaraq qeyd edib ki, bu strukturlar müxalifətlə dövlətin birgə səyləri ilə fəaliyyət göstərməlidir.

Sonda lord Rassel Conson seçkiqabağı vəziyyətin KİV-də işıqlandırılması məsələsinə toxunaraq bildirib ki:"KİV şəffaf olmalıdır. Müxalifətə hörmət etmək lazımdır".

Xəbər lenti

Xəbər lenti