...

ATƏT-İN SƏDRİ MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 5 Sentyabr 2005 16:22 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel Azərbaycana səfəri çərçivəsində sentyabrın 5-də "Hyatt Recensy" otelində müxaliftə liderləri ilə görüşblər. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunu təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, "Yeni Siyasət" blokunun üzvləri Eldar Namazov və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, "Demokratik Azərbaycan" Seçki Blokundan isə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, həmçinin ATƏT-in Azərbaycanda müşahidə missiyasının rəhbəri Girt Arens iştirak ediblər.

AXCP sədri Əli Kərimli görüş barədə məlumat verərkən bildirib ki, parlament seçkilərinə hazırlıq, seçkiqabağı vəziyyət, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun hazırladığı Seçki Məcəlləsində dəyişikliklərlə bağlı təkliflərin reallaşmaması məsələləri müzakirə edilib: "2003-cü ilin prezident seçkilərindən sonra ATƏT tərəfindən hazırlanmış 26 tövsiyə ilə bağlı fikir mübadiləsi apardıq, indiyə qədər də Azərbaycanda azad ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılmamasını onların diqqətinə çatdırdıq.

Xüsusi olaraq qeyd etdik ki, biz indiyə qədər Azərbaycanda keçirilmiş seçkilər zamanı beynəlxalq təşkilatların müşahidə etdiyimiz praktikası ilə razılaşa bilmərik. Seçkilərin saxtalaşdırılmasına qədər zəruri tədbirlər görülmür və sonradan saxtakarlıqlar haqda məlumat verilir. Nəticədə biz illərlə vaxt itirmiş oluruq"-deyə Ə.Kərimli bildirib.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov D.Rupellə görüşün məhsuldar keçdiyini və bir sıra ciddi məsələlər ətrafında müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, ATƏT sədrinin Azərbaycan müxalifəti ilə görüşü böyük əhəmiyyət kəsb edir və qarşıdan gələn seçkilərə müsbət təsir göstərə bilər.

AMİP sədri Əli Əliyev isə deyib ki, görüşdə seçkilərlə bağlı bütün məsələlər müzakirə edilib, seçki komissiyalarının təkribinin dəyişdirilməsi, seçici siyahalırının təkmilləşdirilməsi, seçki zamanı rəngli boyadan istifadə olunması, seçkidə yol verilə bilcək saxtakarlıqlar və digər məsələlər barədə ATƏT sədrinə məlumat verilib.

Əli Əliyevin sözlərinə görə, Dmitri Rupel Azərbaycan seçki saxtakarlıqları barədə ona məlumatlar verilmədiyini deyib və buna görə ATƏT-in nümayəndəliklərinə iradını bildirib.

Dmitrii Rupel həmçinin deyib ki, o, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Ienesiya Komissiyası və ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun irəli sürdüyü təklifləri dəstəkləyəcək. O, əlavə edib ki, müxalifətin qaldırdığı problemləri Azərbaycan rəhbərliyi ilə görüşündə diqqətə çatdıracaq və hökuməti tam demokratik seçki keçirməyə çağıracaq.

ATƏT-in müşahidə missiyasının rəhbəri də parlament seçkilərinin müşahidəsi zamanı bütün prosesləri diqqətlə izləyəcəklərini, müşahidə etdikləri faktları, yol veriləcək qanun pozuntularını Azərbaycanın müvafiq dövlət orqanları qarşısında qaldıracaqlarını deyib.

Xəbər lenti

Xəbər lenti