...

ACLIQ AKSİYASI KEÇİRƏN "YENİ FİKİR"İN FƏALLARININ SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIR

Siyasət Materials 5 Sentyabr 2005 16:32 (UTC +04:00)

"Yeni fikir" Gənclər Təşkilatının bir qrup üzvünün aclıq aksiyası davam edir. Təşkilatın sədr müavini Səid Nuriyev Trend ə bildirib ki, aclıq keçirən gənclərdən biri Namiq Feyziyev səhhətində problem yaranıb, aksiyanın altıncı günü-sentyabrın 5-də huşunu itirib.

Bununla əlaqədar çağırılan təcili yardım qrupu N.Feyziyevin xəstəxanaya aparılmasını məsləhət görüb. N.Feyziyev 6 gündür yeməkdən, 3 gündür isə sudan imtina edib. S.Nuriyevin sözlərinə görə, aksiya keçirən digər gənclərin də səhhətində problemlər yaranmaqdadır. Onlarda halsızlıq müşahidə olunur.

Aksiya başlanan vaxtdan bugünədək aclıq keçirən gənclərə siyasi partiyaların rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin "Human riqht watch" beynəlxalq tiəşkilatın nümayəndələri baş çəkiblər.

Qeyd edək ki, müddətsiz aclıq aksiyası keçirən "Yeni fikir" Gənclər Təşkilatının fəalları qurumun sədri Ruslan Bəşirlinin azadlığa buraxılmasını, ona və bu təşkilata qarşı təzyiqlərə son qoyalmasını tələb edirlər. Təşkilatın sədr müavininin sözlərinə görə,aksiya ilə bağlı indiyədək hakimiyyət nümayəndələrindən, müvafiq dövlət orqanlarından heç bir reaksiya verilməyib.

Xəbər lenti

Xəbər lenti