...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI SEÇKİ BLOKU MİTİNQƏ 25 MİN ADAM ÇIXARACAQ

Siyasət Materials 5 Sentyabr 2005 16:44 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları" (VCQ) seçki bloku artıq sentyabrın 24-də keçirəcəyi mitinqə tam hazırdır". Bu barədə Trend agentliyinə müxalifətyönlü VCQ seçki blokunun mətbuat xidmətinin rəhbəri Səməd İbadov bildirib.

Onun sözlərinə görə, aksiya yürüş-mitinq olmayacaq. İnsanlar birbaşa "Qələbə"də toplaşacaq. Mitinqdə ən azı 25 min insanın iştirak edəcəyini deyən S.İbadov tez-tez mitinq keçirməklə inqilab etmək həvəsində olmadıqlarını da bildirib: "İnqilabı xalq etməlidir, biz yox".

Sentyabrın 8-ə planlaşdırılan VCQ seçki blokunun toplantısında mitinqin keçirilməsilə bağlı Bakı meriyasına məktubla müraciət ediləcəyini bildirən S.İbadov blok tərəfindən nə qədər namizədin qeydə alınması və bundan sonra atılacaq addımlar barədə təqvim planının hazırlanacağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti