...

MƏZAHİR PƏNAHOV: AZƏRBAYCAN MSK-NIN FƏALİYYƏTİNİN ŞƏRHLƏRƏ EHTİYACI YOXDUR

Siyasət Materials 5 Sentyabr 2005 16:51 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin şərhlərə ehtiyacı yoxdur və müxalifət partiyalarının onun ünvanına yönəldiyi həmlələr əsassızdır. Trend agentliyi bildirir ki, sentyabrın 5-də "Seçkilər və demokratik inkişaf" mövzusunda keçirilmiş konfransda MSK sədri Məzahir Pənahov bu barədə bəyan edib.

"Müsavat" partiyasının sədri İsa Qəmbərin 2003-cü ilin prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması barədə bəyanatını şərh edərkən M.Pənahov qeyd edib ki, səsvermənin yekunlarının rəsmi açıqlanmasından dərhal sonra beynəlxalq müşahidəçi missiyasının nümayəndələri ilə görüşüb və onlar Azərbaycan MSK-nın qərarının qanuniliyini təsdiq edib.

"ATƏT-in nümayəndələri prezident seçkilərinin yekunlarına müsbət qiymət verib.2003-cü ilin oktyabr seçkiləri düzgün və ədalətli idi"-deyə M. Pənahov vurğulayıb.

Eyni zamanda MSK sədri bildirib ki, Azərbaycanda sentyabrın 5-nə olan vəziyyətə əsasən 2130 deputatlığa namizəd qeydiyyatdan keçib.

"Deputatlığa namizəd kimi qeydiyyatdan könüllü olaraq imtina edən vətəndaşları çıxmaq şərtilə qeydiyyatda heç bir problem olmayıb"-deyə M.Pənahov qeyd edib və respublikanın seçki orqanlarının fəaliyyətini obyektiv işıqlapndırdığına görə KİV-ə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti