...

YENİ SİYASƏT SEÇKİ BLOKU "AZADLIQ" SEÇKİ BLOKUNDAN CAVAB GÖZLƏYİR

Siyasət Materials 6 Sentyabr 2005 13:28 (UTC +04:00)

"İki ay bundan öncə Yeni Siyasət (YES) seçki bloku əməkdaşlıqla bağlı "Azadlıq" seçki blokuna müraciət etsə də, hələlik bizə cavab verilməyib". Bu barədə Trend agentliyinə müxalifətyönlü YES blokunun təsisçilərindən olan politoloq Eldar Namazov bildirib.

"Azadlıq" seçki blokundan YES-ə eyni vaxtda bir-birinə zidd iki mesajın gəldiyini deyən E.Namazov çətin seçim qarşısında qaldığını bildirib: "Azadlıq"ın təsisçilərindən olan Müsavat başqanı İsa Qəmbərlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli YES-lə əməkdaşlığa hazır olduğunu bildirsələr də, blokun digər təmsilçisi Azərbaycan Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu bunun əleyhinə çıxış edib".

"Biz onlardan hələ də cavab gözləyirik və əməkdaşlığa da hazırıq" - deyən E.Namazov "Azadlıq" seçki blokundan YES-lə münasibətlərinə aydınlıq gətirilməsi istəyində olduğunu da bildirib.

Politoloq onu da vurğulayıb ki, belə müraciət YES seçki bloku tərəfindən Demokratik Azərbaycan (DA) seçki blokuna da edilib: "Ancaq onlarla müqavilə imzaladıq, bir neçə dəfə görüşlər də keçirdik".

Xəbər lenti

Xəbər lenti