...

DİN BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNDƏ YOXLAMA APARILACAQ

Siyasət Materials 6 Sentyabr 2005 15:41 (UTC +04:00)

Sentyabrın 2-dən başlayaraq Avropa Şurası İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) müvəqqəti saxlanma yerlərində monitorinqlərə start verib.

Komitə sədrinin Trend ə verdiüyi məılumata görə, artıq Yasamal və Nərimanov rayon polis idarələrində və həmin idarələrin tabeliyindəki müvəqqəti saxlama yerlərində yoxlamalar aparılıb. Növbəti yoxlamalarınsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) aparılması planlaşdırılıb.

E.Behbudov bildirib: "Bilirsiniz ki, bu monitorinqlər daxili işlər naziri ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Yaxın günlərdə isə DİN BMCMİ-də keçiriləcək. Əvvəllki müsahibələrimdə də bildirmişdim ki, bizim Komitəyə daxil olan şikayətlər arasında bu idarənin adı çox hallanır.

Həbba həmin idarədə işgəncələr altında dünyasını dəyişənlərin olduğu da bildirilir. Əgər idarənin müvəqqəti saxlama təcridxanasında hər hansı neqativ hal müşahidə etsək yəqin ki, mütləq cənab Ramil Usubovun diqqətinə çatdıracağıq".

E.Behbudov yoxlamanın yaxın günlərdə keçiriləcəyini söyləsə də dəqiq tarix bildirməkdən imtina edib. E.Behbudov deyib: "Yoxlamanın keçiriləcəyi dəqiq tarixi demək düzgün deyil. Çünki biz idarələrə qəflətən gedirik. Yəqin ki, idarə əməkdaşları bizim hansı tarixdə oraya gedəcəyimizi bilsələr neqativ halları gizlətmək üçün müəyyən tədbirlər görə bilərlər".

Xəbər lenti

Xəbər lenti