...

SENTYABRIN 7-DƏ TÜRKİYƏNİN QURU QOŞUNLARI KOMANDANI BAKIYA GƏLƏCƏK

Siyasət Materials 6 Sentyabr 2005 15:46 (UTC +04:00)

Sentyabrın 7-də Türkiyənin quru qoşunları komandanı general Yaşar Büyükanıt Bakıya gələcək. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyində bildirilib.

Səfər sentyabrın 9-dək davam edəcək və səfər çərçivəsində AR müdafiə nazirliyində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.Proqram təfsilatı ilə açıqlanmır.

Bundan öncə, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Trend ə müsahibəsində bildirmişdi ki, həmin səfər iki dost dövlət arasındakı planlı hərbi əməkdaşlığın tərkib hissəsidir.

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Vəcdi Könül iyulun 20-də Bakıda olarkən Ankaranın öz ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında fərq qoymadığını bəyan etmiş və bildirmişdi ki, Ankara bundan sonra da qardaş dövlətin hərbi gücünün möhkəmləndirilməsində əlindən gələn köməyi etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti