...

GUAM ÖLKƏLƏRİ BMT BAŞ ASSAMBLEYASININ GÜNDƏLİYİNƏ UZANMIŞ HƏRBİ MÜNAQİŞƏLƏR BARƏDƏ BƏND SALMAQ NİYYƏTİNDƏDİRLƏR

Siyasət Materials 6 Sentyabr 2005 17:16 (UTC +04:00)

Sentyabrın 8-də Nyu-Yorkda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələrinin parlament başçılarının rəhbərlərinin görüşü keçiriləcək. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Forumun işində GUAM-a daxil olan 4 ölkənin parlament başçılarının iştirakı gözlənilir. Azərbaycanın Milli Məclisinin sədri Murtuz Ələsgərov artıq ABŞ-a yola düşüb.

Tərəflər dövlət başçılarının Kişinyov sammitinin qərarlarının reallaşdırılması məsələlərini, GUAM-ın beynəlxalq təşkilatlara tranformasiyasını, münaqişələrin nizamlanmasında parlamentlərin rolu və digər ölkələrin parlamentləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Daha vacib məsələlərdən biri GUAM ölkələri adından BMT Baş Assambleyasının gündəliyinə "Qara dəniz və Cənubi Qafqaz regionunda uzanan hərbi münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" adlı maddə daxil etməkdən ibarətdir.

GUAM-ın parlament rəhbərldərinin görüşü Parlament başçılarının 2-ci Ümumdünya konfransı çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti