...

"YENİ SİYASƏT" BLOKU SEÇKİNİN İLK MƏRHƏLƏSİNİN YEKUNLARINA DAİR HESABAT VERİB

Siyasət Materials 6 Sentyabr 2005 18:22 (UTC +04:00)

"Yeni Siyasət" Seçki Bloku parlament seçkilərinin birinci mərhələsində fəaliyyəti müsbət qiymətləndirilir. Trend in məlumatına görə, bu fikir sentyabrın 6-də "Yeni Siyasət" bloku Koordinasiya Şurası üzvlərinin keçirdiyi mətbuat konfransında səsləndirilib.

Blokun üzvü, eks spiker Yaqub Məmmədov bildirib ki, "Yeni Siyasət" Seçki Bloku yarandıqdan bəri qısa müddət ərzində xeyli işlər görüb, 68 namizədi qeydə alınıb, rayonlarla da namizədlərinin seçki qərargahları yaradılır.

Blokun Seçki Qərargahının rəhbəri Adnan Novruzov seçkinin birinci mərhələsinin yekunlarına dair məlumat verərkən bildirib ki, "Yeni Siyasət" parlament seçkisində 71 nəfərin namizədliyini irəli sürüb, onlardan yalnız 4-ü qadındır.

71 namizəddən 68-i artıq qeydə alınıb, iki nəfərin isə namizədliyinin qeydə alınmasından imtğina olunub. Namizədlərin 46-sı rayon və kəndlərdən, qalanları isə Bakıdan irəli sürülüb. Adnan Novruzovun sözlərinə görə, blokun namizədləri bu mərhələ dövründə bir sıra problemlərlə üzləşiblər.

Bu problemlər əsasən, əksər vətəndaşlarda şəxsiyyət vəsiqələrinin olmaması, həmçinin seçixi vəsiqələrinin operativ çatdırılmaması, məntəqə seçki komissiyalarında bir-birinə yaxın olan şəxslərin təmsil olunmaları və digər məsələlərlə bağlıdır. Qərargah rəhbərinin sözlərinə görə, bəri seçki məntəqələrinin rəhbəri həmin məktəbin direktoru, üzvləri isə oranın müəllimləridir.

Həmçinin məntəqənin sədri həmin ərazinin Mənzil İstismar İdarəsinin rəhbəri, üzvləri isə onun tabeliyində çalışan insanlardır: "Bütün bunlar isə yolverilməzdir və seçkinin obyektiv keçiriləcəyinə şübhə yaradır. Həmçinin seçici siyahalırının namizədlərə verilməməsi üzündən namizədlər öz seçiciləri ilə istənilən səviyyədə iş qura bilmirlər.

Bəzi yerlərdə bir nəfər seçicinin adı bir neçə məntəqənin siyahısına daxil edilib və belə hallardan seçki günü "karusel texnologiyasının" həyata keçirilməsində istifadə olunur"-deyə A.Novruzov bildirib.

"Yeni Siyasət" Seçki Blokunun digər üzvü Eldar Namazov isə telekanallarda pullu seçki təbliğatının qiymətlərinin həddindən çox yüksək olduğunu deyib.

O, təbliğat plakatlarının yalnız konkret ayrılmış yerlərdə yapışdırılmasına icazə verildiyini deyib və bunu namizədlərin təbliğat kampaniyasının məhdudlaşdırılması kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti