...

MSK DAİRƏ SEÇKİ KOMİSSİYALARI ÜÇÜN MÜŞAVİRƏ KEÇİRİB

Siyasət Materials 6 Sentyabr 2005 18:25 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası sentyabrın 6-da "Hökumət evi"nin akt zalında parlament seskilərinə həsr olunmuş müşavirə keçirib. Trend in məlumatına görə, müşavirədə MSK üzvləri, seçki dairələri dairə seçki komissiyalarının sədrləri, MSK Katibliyinin məsul işçiləri iştirak ediblər.

MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, Milli Məclisinə deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinin arxada qalıb, artıq 2000-dən çox şəxsin namizədliyi qeydə alınıb, ümumilikdə bu proses qanuna uyğun şəkildə keçirilib.

MSK sədri qeyd edib ki, sentyabr ayının 7-dən seçkiqabağı təşviqat mərhələsi başlayır və aşağı seçki komissiyaları Seçki Məcəlləsinin və prezident İlham Əliyevin 11 may 2005-ci il tarixli sərəncamının tələblərinə riayət ediblər.

Onun sözlərinə görə, dairə və mənətəq seçki komissiyalarının üzvləri seçicilərin maarifləndirilməsi işində də yaxından iştirak ediblər, eyni zamanda MSK-nın dərc etdirdiyi təşviqat materiallarının yayılmasına yardımçı olmalıdırlar. Bundan başqa, sentyabrın birinci ongünlüyündən etibarən başlanacaq treninqlərdə məntəqə və dairə seçki komissiyalarının üzvləri fəal iştirak etməlidirlər.

M.Pənahov seçkiqabağı təşviqatın aparılması mərhələsində seçki komissiyalarının vəzifələri, seçkilərdə aşkarlıq prinsipinin üzərində dayanaraq bu məsələlərlə bağlı müxtəlif tövsiyələr verib. Sonra MSK-nın üzvü Azər Tağıyev "Seçkiqabağı təşviqat, KİI-dən isitifadə edilməsi" mövzusunda məruzə edib.

MSK katibi Natiq Məmmədov isə "Şikayət və müraciətlərə baxılma qaydalarına riayət edilməsi", Komissiyanın digər katibi Iidadi Mahmudov "Zona seminar-müşavirələrnin yekunları", MSK Katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov "Aşağı seçki komissiyalarının üzvləri üçün keçirilmiş treninqlərin yekunları" mövzularına dair məruzə ilə çıxış ediblər.

Daha sonra 29 saylı Səbail, 46 saylı Əli Bayramlı, 47 saylı Mingəçevir, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi dairə seçki komissiyalarının sədrləri həmin dairələrdə namizədlərin qeydə alınma prosesinin nəticələri barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti