...

YENİ DƏRS İLİNDƏ AZƏRBAYCANDA 12 YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLƏCƏK

Siyasət Materials 7 Sentyabr 2005 14:41 (UTC +04:00)
YENİ DƏRS İLİNDƏ AZƏRBAYCANDA 12 YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLƏCƏK

Azərbaycanın Təhsil Nazirliyi yeni tədris ilində 12 yeni məktəb istifadəyə verəcək. Trend in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov sentyabrın 7-də keçirdiyi mətbuat konfransında jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, həmçinin yeni tədris ilində ölkədə Heydər Əliyev Fondunun vəsaiti hesabına daha 132 məktəbin, 25 məktəb üçün 143 köməkçi sinif korpuslarının tikintisi nəzərdə tutulub.

Yeni tədris ilində dərslərin bir növbədə keçirildiyi məktəblərdə beşgünlük təhsil sisteminə keçirilməsi nəzərdə tutulub. Digər məktəblərdə isə belə sistem yalnız 5-ci sinifə kimi tətbiq olunacaq.

Nazirin bildirdiyinə görə, bu ildən Nazirliyin qərarı ilə oktyabrı qədər 6 yaşı tamam olan uşaqlar məktəbə gedə biləcəklər. Yeni tədris ilində Nazirlik bütün siniflərin şagirdlərinin pulsuz dərsliklərlə təmin edə biləcək. Eyni zamanda, nazir bütün dərsliklərin 1/3-nin tamamilə yeniləşdirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti