...

İLHAM ƏLİYEV: AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA İQTİSADİ, SİYASİ VƏ MÜDAFİƏ ƏMƏKDAŞLIĞI BÜTÜN REGİONDA SABİTLİYİN TƏMİN EDİLMƏSİNƏ XİDMƏT EDİR

Siyasət Materials 7 Sentyabr 2005 18:34 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi və müdafiə əməkdaşlığı bütün regionda sabitliyin təmin edilməsinə xidmət edir. Trend bildirir ki, sentyabrın 7-də Türkiyənin quru qoşunları komandanı, general Yaşar Büyükkanıtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bu barədə bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, "müstəqillik əldə olunduqdan sonra Azərbaycan həmişə Türkiyənin dəstəyini hiss edib". "Azərbaycanın müasir, güclü ordusunun formalaşdırılmasında Türkiyə ordusunun xüsusi rolu olub və vardır"-deyə dövlət başçısı qeyd edib.O, iki dövlət arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində general Yaşar Büyükkanıt deyib ki, "Azərbaycanla Türkiyə arasındakı dostluq hər iki ölkə vətəndaşlarının qəlbində yaşayır, sözə ehtiyac yoxdur və bu, konkret hərəkətlərlə bildirilir".

"Mən fəxr edirəm ki, Azərbaycandayam"-deyə Büyükkanıt bildirib.O, Ankara ilə Bakı arasındakı xoş qonşuluq münasibətlərinin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti