...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU YENİ SİYASƏT SEÇKİ BLOKU İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏSİNİ TƏXİRƏ SALIB

Siyasət Materials 7 Sentyabr 2005 18:50 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku "Yeni Siyasət" (YES) seçki bloku ilə əməkdaşlıq məsələsinin müzakirəsini təxirə salıb". Bu barədə Trend agentliyinə müxalifətyönlü AQ seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.

R.Əhmədli bunu belə izah edib: "Bizə YES tərəfindən rəsmi müraciət edilmədiyi üçün bu məsələyə baxmadıq. Müraciət edilərsə məsələyə baxa bilərik".

R.Əhmədli onu da qeyd edib ki, AQ seçki blokunun təsisçilərinin sentyabrın 7-də keçirilən ümumi toplantısında seçki təbliğatının təşkili ilə yanaşı blokun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri ilə əlaqələrin yaradılması məsələsi də müzakirə edilib.

"Ancaq ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndəlikləri bloklararası münasibətlərdə ikili standarlara xidmət edirlər" - deyən R.Əhmədli bu sıraya ATƏT və Avropa Şurasının Bakı ofislərinin rəhbərlərini AQ seçki bloku ilə əməkdaşlıq etmədiyinə görə ittihamladı.

Əməkdaşlıqla bağlı AQ seçki bloku tərəfindən ATƏT və Avropa Şurasının BAkı ofislərinin rəhbərlərinə müraciətlər edilməsinə baxmayaraq onların təşkil etdikləri tədbirlərə digər blokların nümayəndələrinin dəvət alması da R.Əhmədlini narahat edən məsələlərdəndir.

Xəbər lenti

Xəbər lenti