...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI NAMİZƏDLƏRİNİN SEÇKİ TƏBLİĞATINA MALİYYƏ AYIRIB

Siyasət Materials 7 Sentyabr 2005 18:57 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) namizədlərinin seçki təbliğatı üçün nəzərdə tutulan maliyyə məsələsinə sentyabrın 7-də keçirdiyi toplantısında baxıb" Bu barədə Trend agentliyinə namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən qeydə alınan müxalifətyönlü ALDP sədri Fuad Əliyev bildirib.

F.Əliyev bildirib ki, namizədlərin təbliğat vasitələrinin - müxtəlif broşürlərin, təqvimlərin, plakatların hazırlanması üçün partiyanın büdcəsindən müəyyən miqdarda pul ayrılıb.

Namizədlərin təbliğatı üçün ayrılan pulun miqdarını demək istəməyən F.Əliyev yalnız təkcə özünün seçki təbliğatına 7000 dollar xərclənəcəyini bildirib: "Təbliğat vasitələrim "Planeta parni iz Baku" mətbəəsində çap ediləcək"

Partiya sədri ALDP-nin mərkəzi seçki qərargahının yaradıldığın və qərargaha müavini Vahid Nəzərovun rəhbərlik etdiyini də qeyd edib.

F.Əliyev onu da bildirib ki, namizədlərin ilk təbliğatı prosesinə sentyabrın 17-də partiyanın ilk nəşrə başlayacaq orqanı "Liberal Demokrat" qəzetində start veriləcək.

Xəbər lenti

Xəbər lenti