...

LİBERAL PARTİYA PARLAMENT SEÇKİSİNDƏ 70 NAMİZƏDİ İLƏ İŞTİRAK EDİR

Siyasət Materials 7 Sentyabr 2005 19:03 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası (ALP) parlament seçkisində 70 nəfər namizədi ilə iştirak edir. Bu barədə Trend ə ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan məlumat verib. O, bilidrib ki, partiya ümumilikdə 114 nəfərin namizədliyini irəli sürmüşdü. Lakin onlardan yalnız 70 nəfərinin namizədliyi qeydə alınıb.

Əvəz Temirxanın sözlərinə görə, seçkidə iştirakdan kənarda qalan partiya üzvləri həm dairə seçki komissiyaları tərəfindən yaradılan maneələrlə üzləşiblər, həm də onların seçki fondunun yaradılmasında problemlər yarandı. Ona görə də 44 nəfər ALP üzvünün seçkidə namizədliyinin qeydə alınmasına nail olunmayıb.

Əvəz Temirxan onu da deyib ki, ALP bir neçə nəfər müxalifət liderinin namizəd olduğu dairələrdən namizəd irəli sürməyib və həmin partiya sədrlərini dəstəkləyir.

Milli Birlik Hərəkatının və ALP-nin lideri Lalə Şövkətin "Azadlıq" bloku ilə əməkdaşlıq sazişi bağlamasına gəldikdə, Əvəz Temirxan bilidrib ki, bu məsələ partiyada müzakirə olunub qarşı tərəfə cavab deyiləcək: "Siyasi liderlər arasında səmimi qarşılıqlı anlaşma, verdikləri sözün üstündə dayanmaları və siyasi etikaya əməl etmələri bütün möhürlərdən, sənədə atılan imzalardan üstündür"-deyə ALP funksioneri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti