...

AVROPA ŞURASININ MONİTORİNQ KOMİTƏSİNİN İCLASINDA ANDREAS QROSSUN AZƏRBAYCNHLA BAĞLI MƏRUZƏSİ DİHLƏHİLİB

Siyasət Materials 7 Sentyabr 2005 20:20 (UTC +04:00)

Senytabrın 7-də Türkiyənin Antalya şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirilib. İclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadənin Trend agentliyinə verdiyi məlumata görə, əvvəlcə Ukraynanın AŞPA qarşısında götürdüyü öhdəliklər, daha sonra isə Moldova Demokratik İnstitutlarının fəaliyyəti müzakirə olunub.

İclasın ikinci hissəsində isə Azərbaycanla bağlı bir sıra məsələlər müzakirə edilib.

AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Andreas Qrossun çıxış etdiyini deyən A.Mollazadə onun Azərbaycan prezidenti İlham Əliyevin seçki praktikasının təkmilləşdirilməsinə dair verdiyi 11 may tarixli sərəncamını yüksək qiymətləndirdiyini bildirib: "Ancaq Andreas Qross seçkiqabağı
müşahidələrinə istinad edərək qeyd edib ki, hakimiyyətdə seçkinin demokratik keçirilməsinə mane olan qüvvələr var"

A.Mollazadə onu da bildirib ki, A.Qross seçkiqabağı vəziyyəti qənaətbəxş hesab edib. Xüsusilə də namizədlərin çoxluğu və siyasi qüvvələrin seçkilərə qoşulmasını siyasi rəqabət kimi qiymətləndirib.

Millət vəkili qeyd edib ki, seçklərin keçirilməsinə 2-3 həftə qalmış AŞPA tərəfindən Azərbaycana nümayəndə heyəti gələcək. Seçkiləri izləmək üçün Avropa Şurasından Azərbaycana 40-a yaxın müşahidəçinin göndəriləcəyi planlaşdırılıb.

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komisiyasının ilk iclası sentyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycan üzrə digər məruzəçi Andreas Herker isə AŞPA Monitorinq Komitəsinin iclasında çıxış etməyib.

Xəbər lenti

Xəbər lenti