...

AZƏRBAYCAN PREZİDENTİNİN BOLQARISTANA SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ 10 SƏNƏDİN İMZALANACAĞI GÖZLƏNİLİR

Siyasət Materials 8 Sentyabr 2005 12:15 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİNİN BOLQARISTANA SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ 10 SƏNƏDİN İMZALANACAĞI GÖZLƏNİLİR

"Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri ərəfəsində təxminən 10 ikitərəfli sənədin hazırlanması üzrə işlər aparılır". Bu barədə Trend ə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev bildirib.

Hazırda razılaşdırılan sənədlərə dövlət televiziyaları arasında əməkdaşlığa dair hökumət və idərələrarası, həmçinin baytarlıq xidmətləri, turizm, idman, fitosanitariya və digər sahələrdə sazişlər imzalnacaq. Bundan başqa, hər iki ölkə arasında dövlət başçıları səviyyəsində Avropa İttifaqına daxil olmaq üzrə əməkdaşlığa dair memorandumun imzalanacağı gözlənilir. Bu sənədlərin razılaşdırılması gələn həftə başa çatacaq.

Səfər çərçivəsində biznes-forum keçiriləcək və bu məqsədlə Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Sofiyaya gedəcək. Forum iki istiqamətdə - turizm, həmçinin, investisiya və inşaat sahələrində fəaliyyət göstərəcək.

Səfər sentyabrın ikinci yarısına nəzərdə tutulub. Hazırda onun dəqiq tarixi razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti