...

VENESİYA KOMİSSİYASININ EKSPERTLƏRİ MSK-NIN TRENİNQ QRUPUNU MAARİFLƏNDİRİR

Siyasət Materials 8 Sentyabr 2005 12:19 (UTC +04:00)

Avropa Şurası Venesiya Komissiyasının ekspertləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) treninq qrupuna maarifləndirmə məqsədilə treninqlər keçir. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Qeyd edək ki, MSK-nın 30 nəfərə yaxın üzvü olan treninq qrupu sentyabr ayının 3-cü ongünlüyündən başlayaraq aşağı seçki komissiyalarının üzvlərinə treninqlər keçəcək. Treninqlər qarşıdan gələn parlament seçkiləri ilə bağlı onları maarifləndirmə məqsədi daşıyır. Bu tədbirlər prezident İlham Əliyevin 11 may 2005-ci il tarixində imzaladığı seçki təcrübəsinin təkmilləşdirilməsinə dair sərəncamının tələblərindən irəli gəlir.

Venesiya Komissiyası ekspertlərinin MSK-nın treninq qrupuna keçdiyi treninqlər də məhz həmin maarifləndirmə tədbirləri ilə bağlıdır. Beynəlxalq ekspertlərin təlimləri MSK üzvlərinin təcrübəsinin və biliklərinin daha da təkmilləşdirilməsi, seçki ilə bağlı maarifləndirmə işlərini səmərəli və effektiv şəkildə həyata keçirmələrinə köməklik göstərmək məqsədi daşıyır. Treninqlər bir neçə gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti