...

AZƏRBAYCAN-POLŞA BİRGƏ KOMİSSİYASI İLİN SONUNA KİMİ YARADILACAQ

Siyasət Materials 8 Sentyabr 2005 12:45 (UTC +04:00)

İlini sonuna kimi iqtisadi əməkdaşlıq üzrə birgə Azərbaycan-Polşa hökumətlərarası komissiyası yaradılacaq. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirinin müşaviri Voyçex Quretski məlumat verib.

Onun sözlərinə görə, məsələ hazırda Mərkəzi Avropa ölkələrinni iqtisadi forumunda iştirak edən Azərbaycanın baş nazirinin müavini A Şərifov tərəfindən toxunulacaq.

Diplomatın sözlərinə görə, ilk dəfə bu məsələ ötən ilin oktyabrında Polşanın xarici işlər nazirinin müavinin Azərbaycana səfəri zamanı qaldırılmışdı. "Mən hesab edirəm ki, tezliklə real nəticələri gözləmək olar", - deyə qeyd edib.

V.Quretski bildirib ki, hələləik Polşa tərəfədən komissiyanın tərkibi müəyyənləşdirilməyib və bunu hazırda ölkeə hökumətinin bütün diqqətinin diqqətinin yönəldiyi payızda Polşada keçiriləcək parlament və prezident seçkiləri ilə izah edib. "Seçkilər keçiriləcək, hökumətin tərkibində hər hansı dəyişiklik baş verəcək və onda yeni hökuməti bu layihənin reallaşmağa başlayacaq",- diplomat bildirib.

O həmçini bildirib ki, Polşa Azərbaycanla bütün sahələrdə daha sıx əlaqələr qurmaq niyyətindədir. Onun sözlərinə görə, layihələrdən biri Odessa-Brodı-Qdansk layihəsidir və Polşa Azərbaycan neftini almaq istəyir. Belə ki, qazax nefti Azərbaycanın ərazisindən keçir, Polşa tərəfi bu neftin Qara dəniz vasitəsilə Odessaya, oradan da Qdanska daxil olmasını istəyir. Diplomatın bildirib ki, bizi hazırki ticarət münasibətləri qane etmir. Onun sözlərinə görə, bu ilin proqnozlarına görə, bizim ölkələrimiz arasında mal dövriyyəsinin həcmi50 milyon dollardan artıqdır, lakin bu kifayət deyil. Müşavirin fikrincə, birgə komissiyanın yaradılması ticarət münasibətlərinin inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına kömək edərdi.

Xəbər lenti

Xəbər lenti