...

İLHAM ƏLİYEV: ERMƏNİSTANIN QEYRİ-KONSTRUKTİV YANAŞMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ SÜLH YOLU İLƏ HƏLL ETMƏYƏ İMKAN VERMİR

Siyasət Materials 8 Sentyabr 2005 14:12 (UTC +04:00)
İLHAM ƏLİYEV: ERMƏNİSTANIN QEYRİ-KONSTRUKTİV YANAŞMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ SÜLH YOLU İLƏ HƏLL ETMƏYƏ İMKAN VERMİR

"Ermənistanın qeyri-konstruktiv yanaşması Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə imkan vermir. Lakin biz danışıqların bir nəticə verəcəyinə ümidvarıq". Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Lənkəranda bəyan edib.

Rayon İcra Hakimiyyətinin binası qarşısında keçmiş prezident Heydər Əliyevin abidəsinin açılış mərasimində çıxış edən prezident bildirib ki, heç bir nəticə verməsə də, siyasi və diplomatik addımlar qəbul edilir.

O xatırladıb ki, 2004-cü ildə Azərbaycanın hərbi sahədə xərcləri $175 mln, 2005-ci ildə- $300 mln təşkil edib, 2006-cı ildə isə bu göstərici $600 milyona bərabər olacaq. "Düşmən bilməlidir ki, Azərbaycan istənilən vaxt öz torpaqlarını azad etməyə hazırdır", - deyə İ.Əliyev vurğulayıb.

O, həmçinin, bildirib ki, Azərbaycanda minimal əmək haqqı oktyabrın 1-dən 150 min manata (təxminən $30) qədər artırılacaq. Dövlət başçısının sözlərinə görə, cari ilin 8 ayı ərzində ölkədə ÜDM artımı təxminən 20%, sənaye istehsalında isə 23% təşkil edib.

Qarşıdakı parlament seçkilərinə toxunan prezident, hazırlıq prosesinin birinci hissəsinin uğurla başa çatdığını və 2059 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirib. "Bütün bunlar ədalətli seçkilərin keçirilməsinə inamın olduğunu nümayiş etdirir. Belə halda mən ümid edirəm ki, seçkilər demokratik keçiriləcək", - deyə prezident vurğulayıb.

Avqustun 8-də dövlət başçısı Dövlət Neft Şirkətinin dəstəyi ilə tikiləcək müalicə-diaqnostika mərkəzinin təməl qoyma mərasimində iştirak edib. Daha sonra Lənkəran hava limanının inşasının başlanılması mərasimi keçirilib. İ.Əliyev, həmçinin, yerli stadionla tanış olaraq bildirib ki, $15 mln məbləğində qoyulmuş vəsaitlər hesabına 100 nəfərlik mehmanxana tikiləcək. O, Hirkan Milli Parkı ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti